2025-ci il ərzində “BirKart” BOKT “Competo” MMC-yə yatırımlarını artırıb. İl ərzində şirkətə əlavə 10.5 milyon manat investisiya yönəldilib və bununla da ümumi investisiya portfeli 96.496 milyon manata çatıb.
Banker.az xəbər verir ki, 2024-cü ilin sonunda bu göstərici 85.996 milyon manat idi.
Eyni dövrdə “PashaPay” MMC də “Competo”nun kapitalına daxil olub. Şirkət 45.845 milyon manat məbləğində vəsait yatıraraq nizamnamə kapitalının artırılmasında iştirak edib. Bu əməliyyatlar nəticəsində “Competo” MMC-nin nizamnamə kapitalı bir il ərzində 122.038 milyon manatdan 178.384 milyon manata yüksəlib.
Kapital artımı səhmdar strukturuna da təsirsiz ötüşməyib. “BirKart” BOKT-nin payı 70.47%-dən 54.09%-ə enib. “PashaPay” MMC isə əvvəlki ildə paya malik olmadığı halda, 2025-ci ilin sonuna şirkətdə 25.70% pay əldə edib.
Beləliklə, “Kapital Bank” ASC-nin “BirKart” və “PashaPay” vasitəsilə “Competo” MMC-də ümumi payı 2025-ci ilin sonuna 79.79% təşkil edib.






