Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl səkkizinci dəfə azaldaraq 14,5%-ə endirib. Tənzimləyicinin bildirdiyinə görə, qiymətlərin davamlı artımı hələ zəifləməyib və illik hesablamada 4–5% diapazonunda qalır. Bununla yanaşı, daxili tələbin dinamikası mal və xidmət təklifinin genişlənmə imkanlarına yaxınlaşıb.
2026-cı ilin I rübündə Rusiya iqtisadiyyatı zəifləyib. Bu, qismən vergi dəyişikliklərinə uyğunlaşma, həmçinin iş günlərinin az olması və əlverişsiz hava şəraiti ilə izah olunur.
Mərkəzi Bankın məlumatına görə, investisiya aktivliyi hələ də məhdud səviyyədə qalır.





