Azərbaycanın yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, şirkətin bu idarəetmə orqanına Orxan Bayramov müstəqil üzv kimi qatılıb.
Hazırda Direktorlar Şurasının Sədri Tokay Əlizadə, digər üzvü isə Vəlihəd Səfərovdur.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.







