“AzRe Təkrarsığorta” ilk rübdə mənfəət əldə edib

“AzRe Təkrarsığorta” ASC 2026-cı ilin birinci rübünü 11.2 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 202.6% artım deməkdir.

Banker.az bunu şirkətin hesabatına istinadən xəbər verir.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 30 milyon manata çataraq illik müqayisədə 75.8% artıb. Eyni zamanda xərclər 16.8 milyon manat təşkil edib və 34.8% yüksəlib.

Biznes əməliyyatları üzrə əsas fəaliyyət gəlirləri 30.7 milyon manat olub ki, bu da illik 17.7% artım deməkdir. Sığorta ehtiyatlarının dəyişməsi mənfi 5.9 milyon manat təşkil edib, lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə 49.1% yaxşılaşma qeydə alınıb. Əsas əməliyyat xərcləri 10.1 milyon manata yüksələrək 39.7%, işlərin aparılması xərcləri isə 6.1 milyon manatla 19.4% artıb.

İnvestisiya gəlirləri 4.9 milyon manata çataraq illik müqayisədə 156.4% artıb. Ümumilikdə xalis investisiya mənfəəti 4.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 1.9 milyon manatla müqayisədə 158.3% çoxdur.

Son xəbərlər
Digər xəbərlər