Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 13 % artıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 28,14 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrdən 516,6 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 48 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 269 milyon ABŞ dolları, Türkiyədən 48,6 milyon ABŞ dolları, Rumıniyadan 40,85 milyon ABŞ dolları, Bolqarıstandan 30,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər