“China Merchants Heavy Industry” bazar günü Sinqapurdan olan sifarişçiyə bu günə qədər müstəqil şəkildə layihələndirilmiş və inşa edilmiş ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmini təhvil verib.
“Xinhua News Agency” xəbər verir ki, “Celsius Georgetown” adlı qazdaşıyan gəminin uzunluğu 298,8 metr, eni isə 48 metrdir və o, 180 min kubmetr LNG daşıya bilir. Gəmi iki yanacaqla işləyən aşağı dövrlü mühərrik qurğusu ilə təchiz olunub. Hazırda o, Sinqapura doğru hərəkət edir.
Gəmiqayırma şirkətinin meneceri Lu Jinlong bildirib ki, planlara altı belə qazdaşıyan gəminin inşası daxildir. Gözlənilir ki, ikinci gəmi üç ay sonra sifarişçiyə təhvil veriləcək.







