Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni rezidentləri üçün xarici gəlirlərə tətbiq olunan vergilərin 20 il müddətinə sıfırlanmasını təklif edib
Hələlik bu təklif yalnız şifahi şəkildə səsləndirilib — Imi yazır ki, qanun layihələri paketi hələ parlamentə təqdim olunmayıb. Bunun nə vaxt baş verəcəyi bilinmir. Yekun şərtlər rəsmi sənədlərdə dəqiqləşdiriləcək.
Təklifə görə, son üç il ərzində Türkiyənin vergi rezidenti olmayan şəxslər ölkəyə köçə və 20 il ərzində xarici mənbələrdən əldə etdikləri gəlirlərə görə vergi ödəməyə bilərlər.
Ölkə daxilində əldə olunan gəlirlər isə standart qaydada vergiyə cəlb olunacaq. Vergi dərəcəsi gəlirin həcmindən asılı olaraq 15%-dən 40%-dək dəyişən progresiv şkala üzrə hesablanacaq.
Miras və hədiyyə vergisi 1% təşkil edəcək. Halbuki hazırkı qaydalara görə bu dərəcə 30%-dək yüksələ bilər.






