“PAŞA Management Company” adını dəyişir

“PASHA Holding”in törəmə şirkəti “PAŞA Management Company” MMC adını dəyişir.

Banker.az xəbər verir ki, adını dəyişərək “PAŞA Ventures Company” MMC-yə çevrildiyini elan edir.

Xatırladaq ki, aparıcı strateji idarəetmə şirkəti olan PAŞA Management Company Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqroda yerləşən qeyri-maliyyə aktivlərindən ibarət geniş və çoxşaxəli biznes portfelini idarə edir. PAŞA Management Company 4 əsas aktivlər qrupundan ibarət portfelin strateji idarəetməsini həyata keçirir: PAŞA Real Estate, Bravo (Azerbaijan Supermarket LLC), Agro Dairy və PAŞA Ventures Group.

 

Son xəbərlər
Digər xəbərlər