Londonun ICE birjasında iyun ayı üzrə Brent neft fyuçerslərinin qiyməti 7 apreldən bəri ilk dəfə olaraq bir barel üçün 111 dolları keçib. Bu barədə Investing.com məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:36-da Brent qiyməti pik səviyyəyə çataraq 111,27 dollar/barel (+2,81%) olub. Saat 11:12-də isə göstərici 103,95 dollar (+2,22%) səviyyəsinə qədər geriləyib.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı əməliyyatdan sonra neft qiymətləri 65 dollardan 100 dollar və daha yuxarı səviyyələrə yüksəlib. Mart ayında yanacaq qiymətlərində artım 1983-cü ildən bəri rekord olub. Brent neftinin mart ayı üzrə orta topdansatış qiyməti isə 103 dollar/barel təşkil edib.






