Honkonq birjası ABŞ və İran danışıqları ətrafındakı qeyri-müəyyənlik fonunda geriləyib

Honkonq Fond Birjasında səhmlərin qiymətləri ABŞ və İran arasında danışıqlarla bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda düşüş göstərir. Birjanın əsas indeksi olan Hang Seng Index ticarətin sonunda 245,87 bənd (0,95%) azalaraq 25 679,78 səviyyəsinə enib — bu, 13 apreldən bəri ən aşağı göstəricidir.

Digər indekslər də eniş nümayiş etdirib. Materik Çin şirkətlərinin Honq Konqda listinq olunan səhmlərinin ümumi göstəricisini əks etdirən Hang Seng China Enterprises Index 111,51 bənd (1,27%) azalaraq 8 644,81 bəndə düşüb. Ən böyük faiz itkisi isə 30 iri texnologiya şirkətinin səhmlərini əhatə edən Hang Seng Tech Index-də qeydə alınıb — indeks 2,28% (112,65 bənd) azalaraq 4 827,19 bənd təşkil edib.

Honkonq birjasına yaxın mənbənin sözlərinə görə, bazara əsas mənfi təsiri İran ətrafında vəziyyətin nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənlik göstərir. “Vaşinqton və Tehran tərəfindən verilən ziddiyyətli bəyanatlar bazarı artıq yorub, xüsusilə də Hörmüz boğazı ilə bağlı vəziyyətin perspektivləri baxımından”, — deyə mənbə bildirib.

Son xəbərlər
Digər xəbərlər