2026-cı ilin yanvar-mart ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417 milyon 753 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 4.7% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33% çoxalaraq 218 milyon 456 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 399 milyon 83 min manat, sığorta ödənişlərinin həcmi isə 164 milyon 29 min manat olub.






