Dünya Bankı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bu il qara və əlvan metalların qiymətlərinin rekord səviyyədə artacağını proqnozlaşdırır. Bu barədə qurumun xammal bazarlarının perspektivlərinə dair yeni hesabatında bildirilir.
“Proqnoza əsasən, qara və əlvan metalların qiymətləri 2026-cı ildə 19% artacaq. Alüminium, mis və qalay qiymətlərinin 2026-cı ildə tarixi maksimumlara çatacağı, daha sonra isə 2027-ci ildə azalmağa başlayacağı gözlənilir, lakin yenə də rekord səviyyələrə yaxın qalacaq”, — deyə bankın mütəxəssisləri qeyd ediblər.






