“PAŞA Sığorta” ağacəkmə aksiyasına qoşuldu

®“PAŞA Sığorta” şirkəti 24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində təşkil olunan milli ağacəkmə aksiyasına qoşulub. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində keçirilib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və ölkənin bir sıra nüfuzlu maliyyə assosiasiyalarının birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin genişləndirilməsinə yönəlib.

Memorandumun strateji məqsədi gələn 10 il ərzində ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım atılıb.

“PAŞA Sığorta” bu təşəbbüsə qoşularaq əməkdaşlarının bilavasitə iştirakı ilə aksiyada aktiv şəkildə iştirak edib və ətraf mühitin qorunmasına öz töhfəsini verib.

Son xəbərlər
Digər xəbərlər