Artıq 1 ildən çoxdur ki, Azərbaycanda da fəaliyyətini uğurla davam etdirən CFI Financial Group 2026-cı ilin birinci rübü üzrə qlobal nəticələrini açıqlayıb və rekord göstəricilərlə diqqət çəkib. Belə ki:
- 2026-cı ilin ilk rübündə 2,3 trilyon ABŞ dolları həcmində ticarət dövriyyəsi qeydə alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81%, əvvəlki rüblə müqayisədə isə 11% artım deməkdir.
- Müştəri sayındakı artım dinamikası qorunub: aktiv müştərilərin sayı illik müqayisədə 18%, yekun mədaxillər isə rüblük müqayisədə 39% artıb.
Həmçinin, Qrup Kolumbiyadakı əməliyyatlarını genişləndirərək Latın Amerikasında mövqeyini daha da gücləndirib.
Dubay, Birləşmiş Ərəb Əmirlikləri – 28 aprel 2026: Onlayn ticarət xidmətləri sahəsində qlobal liderlərdən biri kimi tanınan CFI Financial Group 2026-cı ilə bu günə qədərki ən güclü rübü ilə başlayaraq 2,3 trilyon ABŞ dolları həcmində ticarət dövriyyəsi qeydə alıb.
Bu göstərici 2025-ci ilin son rübü ilə müqayisədə 11%, illik müqayisədə isə 81% artımı əks etdirir və ümumi dövriyyənin 6,4 trilyon ABŞ dollarına çatdığı güclü 2025-ci ilin dinamikasını davam etdirir.
1-ci rüb üzrə fəaliyyət icmalı
Rüb ərzində müşahidə olunan yüksək göstəricilər bütün bazarlarda investor aktivliyinin sabit artımı və yeni investor portfelinin genişləndirilməsi prosesinin intensivləşməsi ilə dəstəklənib. Aktiv investorların sayı illik müqayisədə 18%, rüblük müqayisədə isə 15% artıb. Yeni investor bazasının artımı əvvəlki rüblə müqayisədə 27% yüksəlib. Yekun mədaxillərdə də güclü dinamika müşahidə olunub və rüblük bazda 39% artım qeydə alınıb.
2026-cı ilin birinci rübündə ticarət aktivliyi müxtəlif aktiv sinifləri üzrə şaxələnmiş olub və bu aktivlikdə əsas payı xüsusilə qızıl və gümüş başda olmaqla qiymətli metallar təşkil edib.
Bunun ardınca səhm indeksləri, əsas valyuta cütlükləri, enerji məhsulları (xüsusilə neft) və rəqəmsal aktivlər üzrə də yüksək maraq müşahidə olunub.
Bu aktivlik platforma üzrə əməliyyatların səviyyəsində də özünü büruzə verib:
- 37,2 milyondan çox icra edilmiş əməliyyat – illik müqayisədə 75%, rüblük müqayisədə 22% artım
• 866,483 mədaxil əməliyyatı – illik müqayisədə 48%, rüblük müqayisədə 26% artım
• Ticarət aktivliyinin 90%-dən çoxu mobil platformalar vasitəsilə həyata keçirilib ki, bu da mobil kanalların müştəri əlaqəsində əsas rol oynadığını göstərir
“İlin bu qədər erkən mərhələsində 2,3 trilyon dollarlıq həddi keçmək komandamız üçün qürurverici məqamdır. Rekord həcmlər, müştəri aktivliyinin və mədaxillərin davamlı artımı platformamızın gücünü və müştərilərimizin bizə olan etibarını əks etdirir,” – deyə CFI Financial Group-un icraçı direktoru (CEO) Ziad Melhem bildirib. “Biz qlobal bazarlarda uzunmüddətli inkişafı dəstəkləmək üçün infrastrukturumuzu təkmilləşdirməyə davam edərkən, müştərilərimizin ehtiyaclarına uyğun, praktiki və etibarlı ticarət həlləri təqdim etmək öhdəliyimizə sadiq qalırıq.”
Qlobal miqyasın genişlənməsi
Performans göstəriciləri ilə yanaşı, CFI fəaliyyət göstərdiyi bazarların spesifik ehtiyaclarına uyğunlaşaraq beynəlxalq miqyasda genişlənməyə davam edib. Rüb ərzində Qrup Kolumbiyadakı əməliyyatlarını genişləndirərək Latın Amerikasında mövqeyini daha da gücləndirib.
CFI, fəaliyyət göstərdiyi bütün bazarlarda güclü infrastruktur, praktik alətlər və etibarlı xidmət vasitəsilə maliyyə bazarlarına çıxışı təmin edir. Bu yanaşma müxtəlif yurisdiksiyalarda fəaliyyət göstərən 14 tənzimlənən qurumu və 30-dan çox ofisi əhatə edən geniş beynəlxalq mövcudluqla dəstəklənir.
Bu miqyas CFI-ı həm tənzimlənmə səviyyəsi, həm də coğrafi əhatə baxımından qlobal miqyasda ən geniş şaxələnmiş ticarət provayderlərindən biri kimi mövqeləndirir.
Brend mükəmməlliyinin tanınması
CFI-ın fəaliyyəti bu rüb “2026 Forex Sports Awards”da üçqat qələbə ilə yüksək qiymətləndirilib. Qrup “Etihad Arena” ilə tərəfdaşlığına görə “Ən Yaxşı Regional Sponsorluq”, Luis Hamilton və Mariya Şarapova ilə fəaliyyətinə görə “Ən Yaxşı Brend Səfiri Sponsorluğu” və MENA (Yaxın Şərq və Şimali Afrika) regionunda idman tərəfdaşlıqları sahəsindəki innovasiyalarına görə “Münsiflər Heyətinin Mükəmməllik Mükafatı”na layiq görülüb.
Bundan əlavə, cari ilin fevral ayında Dubayda keçirilən “iFX EXPO 2026” sərgisində CFI, ticarət sənayesində şəffaflıq və dürüstlük yanaşmasına görə “Ən Şəffaf Broker” (Most Transparent Broker) adını qazanıb.
Gələcəyə baxış
CFI-ın əsas bazarlarda genişlənməsi onun ölçülü və strateji yanaşmaya əsaslanan inkişaf modelini əks etdirir. Qrup beynəlxalq mövcudluğunu gücləndirərkən, eyni zamanda fəaliyyət göstərdiyi bazarların lokal dinamikalarına uyğunlaşmağa davam edir.
Gələcək dövrdə CFI texnologiya və infrastrukturuna investisiyalarını davam etdirəcək, yüksək tələbat olan yeni bazarlara daxil olacaq və qlobal miqyasda müştəri təcrübəsini daha da təkmilləşdirməyə fokuslanacaq.
CFI haqqında: 1998-ci ildə təsis edilmiş CFI Financial Group, 25 ildən artıq təcrübəyə malik, MENA regionunun aparıcı ticarət brokeridir. Bakı, London, Əbu-Dabi, Dubay, Keyptaun, Beyrut, Amman, Qahirə və Boqota kimi əsas mərkəzlərdən fəaliyyət göstərən CFI, qlobal bazarlara qüsursuz çıxış təmin edir. Səhmlər, valyutalar, əmtəələr və digər aktivlər üzrə müxtəlif ticarət seçimləri təqdim edən CFI, komissiyasız ticarət və ultra-sürətli icra kimi üstün şərtlər təklif edir.
CFI bütün təcrübə səviyyələrindən olan treyderlər üçün innovativ həllər təqdim edir və çoxdilli təhsil materialları vasitəsilə maliyyə savadlılığının artırılmasına töhfə verir. AC Milan, FIBA WASL və digər qlobal tərəfdaşlıqlarla yanaşı, yeddiqat Formula 1™ dünya çempionu Luis Hamilton və tennis əfsanəsi Mariya Şarapova-nın qlobal brend səfiri olması CFI-ın innovasiya, performans və uğura sadiqliyini əks etdirir.
CFI Financial Group-un Azərbaycan üzrə nümayəndəliyi – CFI Azərbaycan, 2024-cü ilin noyabr ayından etibarən CFI Financial Group-un tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Şirkətin əsas hədəfi Azərbaycan kapital bazarlarında beynəlxalq investisiya təcrübəsinin tətbiqi, maliyyə savadlılığının artırılması və istifadəçilər üçün qlobal maliyyə bazarlarına çıxışın daha da əlçatan edilməsi istiqamətində inkişafı davam etdirməkdir.







