ABŞ “Green Card” və vətəndaşlıq müraciətlərinə nəzarəti sərtləşdirir

ABŞ hökuməti “Green Card” və vətəndaşlıq üçün müraciətlər üzrə genişləndirilmiş yoxlamalar tətbiq etməyə başlayıb. “CBS News” və “Reuters”in məlumatına görə, gücləndirilmiş yoxlamalar immiqrasiya güzəştlərinə — sığınacaq, “Green Card” və ABŞ vətəndaşlığı üçün müraciət edən şəxslərə şamil olunur.

ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşlarına (USCIS) genişləndirilmiş bioqrafik yoxlamadan keçməmiş heç bir müraciətin təsdiqlənməməsi tapşırılıb.

Təhlükəsizlik yoxlamalarının sərtləşdirilməsi FBI-nin müraciət edənlərin məhkumluq məlumatları bazasına daha geniş çıxışı Donald Trampın fərmanı çərçivəsində USCIS-ə təqdim etməsi ilə əlaqələndirilir.

“CBS News”a açıqlamasında USCIS nümayəndəsi bildirib ki, qurum “müraciət edənlərin yoxlanmasını gücləndirmək məqsədilə federal cinayət məlumat bazalarına çıxışı genişləndirərək yeni təhlükəsizlik yoxlamaları tətbiq edib”.

Son xəbərlər
Digər xəbərlər