BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxması qlobal neft istehsalçıları üçün ciddi zərbə olub

Çərşənbə axşamı BƏƏ OPECOPEC+ təşkilatlarından çıxdığını elan edib ki, bu da həmin qurumlara və onların lideri Səudiyyə Ərəbistanına ciddi zərbə kimi qiymətləndirilir. Qərar İranla müharibə fonunda qəbul edilib, belə ki, bu münaqişə ciddi enerji böhranına səbəb olub və qlobal iqtisadiyyatı destabilizə edib.

BƏƏ kimi mühüm OPEC üzvünün çıxışı, qrupun zəifləməsinə və dağınıqlığına gətirib çıxara bilər. Halbuki təşkilat adətən geosiyasət və hasilat kvotaları ilə bağlı daxili fikir ayrılıqlarına baxmayaraq, birliyini qorumağa çalışırdı.

BƏƏ-nin energetika naziri Suhail Mohammed Al MazroueiReuters”ə bildirib ki, qərar regionun enerji strategiyalarının diqqətlə təhlilindən sonra qəbul olunub. Onun sözlərinə görə, bu addım Səudiyyə Ərəbistanı ilə müzakirə edilməyib.

Fars körfəzi ölkələrindən olan və OPEC-ə daxil neft-qaz istehsalçıları artıq Hörmüz boğazı vasitəsilə ixracla bağlı problemlərlə üzləşirlər. İranla Oman arasında yerləşən bu dar dəniz keçidindən dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri keçir. Problemlər İranın gəmilərə qarşı təhdidləri və hücumları ilə bağlıdır.

Bununla belə, Suhail Mohammed Al Mazrouei bildirib ki, BƏƏ-nin OPEC-dən çıxması boğazdakı mövcud vəziyyət fonunda bazara ciddi təsir göstərməyəcək.

Bu addım Donald Tramp üçün qələbə kimi qiymətləndirilir. O, daha əvvəl OPEC-i neft qiymətlərini süni şəkildə artırmaqda ittiham etmiş və təşkilatı “dünyanı aldadan qurum” adlandırmışdı.

Donald Tramp həmçinin ABŞ-nin Fars körfəzi ölkələrinə hərbi dəstəyini neft qiymətləri ilə əlaqələndirərək bildirirdi ki, OPEC üzvlərinin qorunması ABŞ-yə yüksək neft qiymətləri müəyyən etməyə imkan verir.

BƏƏ-nin bu qərarı digər ərəb dövlətlərinin İran hücumları qarşısında yetərincə fəal müdafiə olunmadığına dair narazılığını ifadə etməsindən sonra qəbul edilib.

Bazar ertəsi Fars körfəzi regionunun nüfuzlu şəxslərinin forumunda BƏƏ prezidentinin diplomatik müşaviri Anvar Gargaş ərəb ölkələrinin İran hücumlarına reaksiyasını tənqid edib.

Son xəbərlər
Digər xəbərlər