Azərbaycanda bank sektorunda işçi sayı azaldı: 1 ayda 36 nəfər çıxıb

2026-cı ilin mart ayının sonuna Azərbaycanda bank sektorunda çalışanların sayı 27 241 nəfər təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2026-cı ilin fevral ayında bank işçilərinin sayı 27 277 nəfər olub ki, bu da aylıq müqayisədə 36 nəfərin artması deməkdir.

Onu da qeyd edək ki, bank işçilərinin sayı isə illik müqayisədə 1 486 nəfər artıb.

31 mart 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 586 olub.

Son xəbərlər
Digər xəbərlər