Dövlət fondları hesabına kredit artımı ümumi portfel artımından geri qalır

2026-cı ilin mart ayı üzrə göstəricilərə əsasən biznes kreditləri portfeli 16 mlrd. 215 mln. manat səviyyəsində olub.

Banker.az Azərbaycan Mərkəzi Bankının son statistic bülleteninə istinadən xəbər verir.

Bu da ilk rübdə 0.67%  artımdır.

Eyni dövrdə dövlət fondları hesabına verilən kreditlərin həcmi 1 mlrd. 188 mln. manata düşüb. Bu da 1.86% azalmadır. İlk rübdə portfelin payı 7.52%-dən 7.33%-ə düşüb.

 

2025-ci ilin mart ayının 2024-cü ilin eyni dövrü ilə müqayisəsində isə biznes kreditləri 13 mlrd. 202 mln. manatdan 14 mlrd. 935 mln. manata yüksəlib. Dövlət fondları hesabına kreditlər bu dövrdə 976 mln. manatdan 984 mln. manata artsa da, portfeldəki pay 7.39%-dən 6.59%-ə enib. Bu mərhələdə ümumi kredit artımı fonunda dövlət maliyyələşməsinin nisbi çəkisində azalma müşahidə olunub.

Daha geniş zaman xəttində isə 2021-ci ilin dekabrında dövlət fondları hesabına kreditlərin portfeldə payı 12.46% səviyyəsində olub. 2022-ci il ərzində bu göstərici mərhələli şəkildə 9–11% aralığına enib, 2023-cü ildə 8% ətrafında, 2024-cü ildə isə 6.46–7.01% intervalında qərarlaşıb. Burada qeyd edilməlidir ki, bu dövrdə həm portfelin genişlənməsi, həm də dövlət mənbələrinin nisbi çəkisinin azalması paralel şəkildə davam edib.

3 2

Son xəbərlər
Digər xəbərlər