Brent neftinin qiyməti martın sonundan bəri ilk dəfə 115 dolları keçib

Brent nefti üzrə iyun fyuçerslərinin qiyməti ICE London birjasında 30 martdan bəri ilk dəfə olaraq bir barel üçün $115 həddini keçib. Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 11:36-ya olan məlumata görə, iyun tədarüklü Brent nefti kotirovkaları $113,3 səviyyəsinə çatıb.

28 aprel tarixində isə 2026-cı ilin iyul tədarüklü Brent fyuçersləri ICE birjasında 30 martdan bəri ilk dəfə $112-ni keçib. Saat 16:15-ə olan vəziyyətə görə, fyuçerslər 3,79% bahalaşaraq $112,02 olub.

Həmin gün “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın münaqişəni dayandırmaq üçün irəli sürdüyü üçmərhələli plana skeptik yanaşıb. ABŞ rəsmilərinin sözlərinə görə, İran regional vasitəçilərə yeni təşəbbüs təqdim edib: Hörmüz boğazında gəmilərə hücumların dayandırılması müqabilində müharibənin tam dayandırılması, o cümlədən Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi və nüvə danışıqlarının bərpası.

Son xəbərlər
Digər xəbərlər