Financial Times: Texnoloji şirkətlər 2026-cı ildə süni intellektə $725 mlrd. xərcləyəcəklər

Aparıcı dörd texnologiya şirkəti — “Amazon”, “Meta”, “Microsoft” və “Alphabet” — 2026-cı il üçün süni intellekt (AI) texnologiyalarına yatırımla bağlı ilkin planlarını artırıblar. “Financial Times” qəzetinin məlumatına görə, bu şirkətlər artıq bu sahəyə ümumilikdə 725 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da 2025-ci ildəki rekord 410 milyard dollarla müqayisədə 77% çoxdur.

Nəşrin qeyd etdiyinə görə, investorlar əvvəlcə bu qədər böyük xərclərlə bağlı skeptik yanaşsalar da, ümumilikdə şirkətlərin maliyyə hesabatlarını müsbət qarşılayıblar. Çünki süni intellektə və məlumat mərkəzlərinə (data center) artan tələbat gəlirlərin və mənfəətin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

“Jefferies” analitiki Brent Till bildirib ki, süni intellekt iqtisadiyyatı effektivdir və davamlı inkişaf edir. Onun sözlərinə görə, texnologiya nəhənglərinin gəlirlərindəki artım göstərir ki, iri oyunçular böyük kapital xərclərini qarşılaya bilirlər. O, texnoloji şirkətlərin aktivlərinin qiymətinin düşəcəyi ilə bağlı pessimist proqnozları əsassız adlandırıb.

UBS analitiki Stiven Ju isə qeyd edib ki, şirkətlərin müsbət nəticələri investorların yatırımların davamlı geri dönüşünə olan inamını gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər