NBC: ABŞ-də İranla münaqişə başlayandan bəri benzin qiymətləri 40% artıb

ABŞ-də benzinin orta qiyməti bir qallon (3,79 litr) üçün $4,23-ə çatıb. Bu barədə “NBC News” məlumat yayıb.

Ən yüksək qiymətlər Kaliforniya ştatında qeydə alınıb — burada bir qallon benzin artıq təxminən $6-dır. Televiziya kanalının məlumatına görə, ABŞ-nin İranla münaqişəsi başlayandan bəri ölkə daxilində benzin qiymətləri 40% artıb.

“NBC News”un sorğu keçirdiyi ekspertlər yaxın vaxtlarda benzinin orta qiymətinin $4,5-ə çata biləcəyini istisna etmirlər. Yanacağın bahalaşmasının əsas səbəbi kimi İranın Hörmüz boğazı üzərindən gəmiçiliyi məhdudlaşdırması göstərilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran boğazı bu ölkələrlə və onları dəstəkləyən dövlətlərlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verib. Martın 25-də isə İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran dost ölkələr — Rusiya, Hindistan, İraq, Çin və Pakistan üçün Hörmüz boğazından keçidə icazə verir.

Son xəbərlər
Digər xəbərlər