12 C
Baku
Tuesday, October 1, 2024

“Facebook” ucqarları internetlə təmin edəcək

“Facebook” şirkəti dünyanın ucqar nöqtələrini internetlə təmin etmək üçün “OpenCellular” simsiz internet cihazı hazırlayıb.

Xəbərinə görə, bu barədə şirkətin saytında məlumat verilib.

“Dünyada 4 milyarddan çox insanın hələ də internetə baza çıxışı yoxdur. Ən ciddi problemlərdən biri mövcud infrastrukturun əhatə etmədiyi ucqar regionları əlçatanlıqdır”, – deyə “Facebook”un rəhbəri Marak Zukerberqin açıqlamasında bildirilir.

“OpenCellular” cihazı ağır iqlim şərtlərinə dözüm qabiliyyətinə malikdir. Enerji mənbəyi kimi akkumulyator, günəş batareyaları və elektrik şəbəkəsində istifadə olunur. Bir qurğu 1,5 min adamı internetlə təmin edə bilir.

“Facebook” qurğunun qiymətini və dünyada necə yayılacağını dəqiqləşdirməyib, sadəcə, onun praktik tətbiqinin bu ilin yayında başlayacağını bəyan edib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər