Azərbaycan şirkətinin rəhbər heyəti yenidən formalaşdırılır

26 iyun 2026-cı il saat 11.00-da “Elektrikməişətcihaz” ASC səhmdarlarının növbəti ümumi yığınacağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2024–2025-ci illərin mühasibat balansının və illik hesabatın təsdiqi.

2. Səhmdar cəmiyyətinin müşahidə (direktorlar) şurasının, idarə heyətinin və maliyyə-təftiş komissiyasının yeni üzvlərinin seçilməsi.

3. Digər cari məsələlərin müzakirəsi.

Ümumi yığıncaqda səhmdarların iştirakı məqsədəuyğundur. Ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan–Xocasən yolunun 9-cu kilometridir. Şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 57 590 manatdır.

Son xəbərlər
Digər xəbərlər