| “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti  İnsan Resursları Mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:
 İş haqqında məlumat: 
– Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin, ezamiyyələrin, məzuniyyətlərin və s. sənədlərin rəsmiləşdirilməsi; 
– Əmək kitabçalarının əmrlər əsasında doldurulması; 
– Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması; 
– İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması; 
– Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi; 
– Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi; 
– Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması. 
Namizədə tələblər: 
– Hüquq sahəsində ali təhsil; 
– İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi; 
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı; 
– Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı; 
– Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli; 
– Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli; 
– Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı; 
– Kadrların hərəkətlərinin uçot metodlarını bilməli; 
– MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli. 
– Az. Dili-əla, Rus dili-əla, İngilis dili -əla 
Rayonlara ezamiyyətə getmək imkanı olmalı 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi“) qeyd olunmalıdır.  |