Azərbaycanın Milli Yaşıl Taksonomiyası təsdiq edilib

Azərbaycan Respublikasının “Milli Yaşıl Taksonomiyası” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi
şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər