İran ABŞ-nin hərbi gəmilərinə zərbə endirdi: bazarlar kəskin reaksiya verdi

ABŞ səhmləri üzrə fyuçerslər ilkin artımdan sonra istiqamətini dəyişib, Avropa fond bazarları isə enişi davam etdirir. Belə ki, Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.

Nasdaq 100S&P 500 indeksləri üzrə kontraktlar hər biri təxminən 0,5% ucuzlaşıb. Avropanın Stoxx Europe 600 indeksi 1% azalıb. Bu fonda Brent markalı neftin qiyməti 4%-dən çox artaraq bir barel üçün $112-ni keçib. Dollar indeksi də yüksəlib.

Fars News Agency ABŞ hərbi gəmisinə iki raket zərbəsi endirildiyini bildirib. Məlumata görə, gəmi əvvəlki xəbərdarlıqlara məhəl qoymayıb.

Bundan əvvəl Donald Tramp ABŞ-nin bazar ertəsindən etibarən Hörmüz boğazından hərbi gəmilər göndərəcəyini, lakin İran münaqişəsində birbaşa iştirak etməyəcəyini açıqlamışdı. Bu bəyanat gəmiçilik şirkətlərinin rəhbərləri arasında narahatlıq yaradıb.

Son xəbərlər
Digər xəbərlər