Pakistan BƏƏ ərazisinə edilən hücumları pisləyib və ABŞ ilə İran arasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıb. Bu barədə ölkənin Baş naziri Şahbaz Şərif bildirib.
“Pakistan ötən gecə BƏƏ-də mülki infrastruktur obyektlərinə qarşı həyata keçirilən raket və pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir. […] Regionda davamlı sülh və sabitliyə gətirib çıxaracaq dialoq üçün zəruri diplomatik məkanın qorunması baxımından [ABŞ və İran arasında] atəşkəsə riayət edilməsi son dərəcə vacibdir”, — deyə o, “X” sosial şəbəkəsində yazıb.
Bazar ertəsi BƏƏ raket atəşinə və PUA zərbələrinə məruz qalıb. Nəticədə Əl-Füceyra əmirliyində yerləşən neft emalı kompleksində böyük yanğın baş verib. Abu-Dabi hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub və cavab verəcəyini bildirib, Tehran isə insidentdə iştirakını inkar edir.







