2026-cı ilin mart ayında dünya mərkəzi bankları ümumilikdə 66 ton qızıl satıb. Bu barədə World Gold Council (WGC) məlumat yayıb. Hesabata görə, mart ayında ən böyük satıcılar Türkiyənin Mərkəzi Bankı (60 ton) və Rusiyanın Mərkəzi Bankı (6 ton) olub.
Eyni dövrdə ən fəal alıcılar Polşa Mərkəzi Bankı (+11 ton), Özbəkistan (+9 ton), Qazaxıstan (+6 ton) və Çin (+5 ton) olub. Digər alıcılar arasında Çexiya (+2 ton) və Qvatemala (+2 ton) da qeyd olunub.
Daha əvvəl bildirildiyi kimi, 2026-cı ilin birinci rübü üzrə Polşa ən böyük alıcı olaraq qalır (+31 ton), onu Özbəkistan (+25 ton), Qazaxıstan (+13 ton) və Çin (+7 ton) izləyir. Çexiya, Malayziya, Qvatemala, Kamboca, İndoneziya və Serbiya kimi digər mərkəzi banklar da 1 ton və daha çox həcmdə xalis alışlar həyata keçirdiklərini açıqlayıblar.






