Asiya İnkişaf Bankı (ADB) 2035-ci ilə qədər sərhədlərarası elektrik şəbəkələrinin qurulması üçün 50 milyard dollar vəsait cəlb etməyi planlaşdırır.
Banker xəbər verir ki, bunu bankın prezidenti Masato Kanda ADB-nin 59-cu İllik Toplantısı çərçivəsində Pan-Asiya Elektrik Şəbəkəsi Təşəbbüsü üzrə qubernatorların seminarında bildirib.
Onun sözlərinə görə, Pan-Asiya Elektrik Şəbəkəsi Təşəbbüsü (PAGI) çərçivəsində enerji xərclərinin azaldılması, elektrik təchizatının etibarlılığının artırılması və təmiz enerji ticarətinin genişləndirilməsi hədəflənir.
Qeyd edilib ki, təşəbbüs 2035-ci ilə qədər 20 giqavat bərpa olunan enerji gücünün inteqrasiyasını, 22 min km ötürücü xətlərin birləşdirilməsini, 200 milyon insanın enerji çıxışının yaxşılaşdırılmasını və 840 min yeni iş yerinin yaradılmasını nəzərdə tutur.







