Hindistan şirkətləri ABŞ-a $20,5 milyard investisiya qoyur

Hindistan şirkətləri ABŞ-da müxtəlif sahələrə ümumilikdə $20,5 milyard investisiya yatırmağı planlaşdırır. Bu barədə ABŞ-ın Yeni Dehlidəki səfiri Serdjo Qor bildirib.

“Texnologiya, istehsal və əczaçılıq daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən Hindistan şirkətləri $20,5 milyarddan çox investisiya yatırmağı planlaşdırır”, — deyə diplomat “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, “bu şirkətlər arasında təkcə bu gün $1,1 milyard həcmində investisiya elan edən 12 şirkət də var”. “Bu tərəfdaşlıqlar amerikalılar üçün real iş yerləri yaradır və daha etibarlı təchizat zəncirlərini formalaşdırır”, — deyə Qor əlavə edib.

Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevralında Hindistanın baş naziri Narendra Modinin ABŞ-a səfərindən sonra ikitərəfli ticarət dövriyyəsinin iki dəfə artırılmasını nəzərdə tutan genişmiqyaslı ticarət sazişini müzakirə etməyə başlayıblar.

Son xəbərlər
Digər xəbərlər