Tramp İran münaqişəsi ilə əlaqədar Braziliya prezidenti ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp İran münaqişəsi fonunda mayın 7-də Braziliya lideri Luis İnasiu Lula da Silva ilə görüşəcək. Bloomberg Ağ Ev nümayəndəsinə istinadən yazır ki, görüş İrandakı müharibə və onun qlobal iqtisadiyyata təsiri ilə bağlı gərginlik fonunda keçiriləcək.

Mənbənin sözlərinə görə, liderlər qarşılıqlı maraq doğuran iqtisadiyyat və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Yanvarın əvvəlində Lula da Silva ABŞ-ın Venesuelaya bombardmanlarını və dövlət başçısı Nikolas Maduronun saxlanılmasını pisləmişdi. Onun sözlərinə görə, amerikalıların hərəkətləri qəbul edilən sərhədləri aşır və Venesuelanın suverenliyinə ciddi müdaxilədir.

Lula da Silva vurğulamışdı ki, bu cür hücumlar “güc sahibinin qanununun çoxtərəfli yanaşmadan üstün tutulduğu zorakılıq, xaos və qeyri-sabitlik dünyasına aparan ilk addımdır”.

Son xəbərlər
Digər xəbərlər