Tramp razılaşmadan imtina ediləcəyi təqdirdə İranı “daha yüksək səviyyəli” bombardmanlarla hədələyib

Donald Tramp bəyan edib ki, Tehran Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın şərtlərini yerinə yetirməsə, ABŞ-nin İrana qarşı bombardmanları “daha yüksək səviyyədə və daha intensiv şəkildə” bərpa olunacaq. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Əgər İran razılaşdırılmış şərtləri qəbul etsə — bu isə bəlkə də böyük fərziyyədir — artıq əfsanəyə çevrilmiş yüksək effektiv blokada nəticəsində Hörmüz boğazı İran da daxil olmaqla hamı üçün açıq olacaq”, — deyə Tramp bildirib.

O əlavə edib ki, əgər tərəflər razılığa gəlməsə, bombardmanlar başlayacaq və onlar əvvəlkindən daha genişmiqyaslı və daha intensiv olacaq.

Mayın 6-da Tramp Hörmüz boğazında gəmilərin keçidinin təmin olunması üçün həyata keçirilən “Azadlıq Layihəsi” missiyasının dayandırıldığını elan edib. ABŞ lideri qeyd edib ki, qərar Pakistan və digər ölkələrin müraciəti, həmçinin “İrana qarşı kampaniya zamanı əldə edilən böyük hərbi uğurlar və İran nümayəndələri ilə tam və yekun razılaşmaya nail olunması istiqamətində əhəmiyyətli irəliləyiş” səbəbindən qəbul olunub.

“Axios” nəşri mayın 6-da amerikalı rəsmilərə istinadən yazıb ki, ABŞ və İran müharibəyə son qoymalı və Tehranın nüvə proqramı üzrə gələcək danışıqlar üçün əsas yaratmalı olan qarşılıqlı anlaşma memorandumu imzalamağa yaxındır. 14 maddədən ibarət memorandum üzrə danışıqları ABŞ prezidentinin xüsusi nümayəndələriStiv Uitkoff və Cared Kuşner İran nümayəndələri ilə həm birbaşa, həm də vasitəçilər üzərindən aparırlar.

Son xəbərlər
Digər xəbərlər