BOKT “Kredex” QSC-nin 2025-ci ildə xalis mənfəəti ötən illə müqayisədə 16% azalaraq 1 milyon 95 min manata düşüb. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyon 298 min manat təşkil edirdi.
Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il BOKT-un faiz gəlirləri 22% artıb və 4 milyon 75 min manata çatıb. BOKT-un faiz xərcləri 54% artaraq 1.3 milyon manatı keçib. Şirkətin inzibati və digər əməliyyat xərcləri 44% yüksəlib. İşçilər üzrə xərclər 746 min manatdan 935 min manata (+25.3%) yüksəlib.
Müştərilərə verilən kreditlərin həcmi 11.91 milyon manatdan 13.05 milyon manata yüksəlib. Şirkətin cəmi aktivləri 7.3% artımla 13.29 milyon manata çatıb.
Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Namiq Baxışovdur.







