Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək

Dəmir yollarının Yevlax–Bərdə sahəsində xətlər və keçidlərin əsaslı təmirinə başlanması ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu marşrut üzrə Bakıdan və Ağdamdan sonuncu səfərlər 9 və 10 may tarixlərində həyata keçiriləcək.

Məlumata görə, Yevlax-Bərdə xəttinin əsaslı təmiri ilə Bakı-Ağdam və Ağdam-Xankəndi istiqamətləri üzrə səfərlər daha sürətli, təhlükəsiz və dayanıqlı təşkil ediləcək.

Hazırda, ADY tərəfindən Ağdam-Xankəndi dəmir yolunun və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi intensiv şəkildə davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər