“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Qəbələ rayonunda yerləşən yarımstansiyanın yenidən qurulması ilə bağlı iri həcmli tender elan edib.
Banker.az xəbər verir ki, tender çərçivəsində mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya çevrilməklə yenidən qurulması işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 22 771 995 AZN təşkil edir.






