®Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində rəsmi bank tərəfdaşı qismində iştirak edib.
5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgilər zamanı Bankın nümayəndələri aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərlə görüşlər keçirərək əməkdaşlıq və maliyyələşdirmə imkanlarını müzakirə ediblər.

Panel iştirakçıları kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması üçün maliyyə resursları ilə yanaşı, effektiv planlama, innovativ texnologiyaların tətbiqi və çevik risk idarəçiliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda, sessiya çərçivəsində PAŞA Bankın aqrar sahədə həyata keçirdiyi layihələr, o cümlədən müasir suvarma sistemləri, istixana kompleksləri və “yaşıl enerji” əsaslı həllər barədə aqrar və qida sənayesi nümayəndələrinə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, PAŞA Bank real sektorun inkişafına dəstək göstərmək və xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslər üçün əlçatan maliyyə həlləri təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir. Əldə etdiyi uğurlar nəzərə alınaraq, PAŞA Bank beynəlxalq maliyyə nəşri olan “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyalarında mükafata layiq görülüb.









