Bakıda aparılan təmir işləri ilə əlaqədar 7 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək, eləcə də Səməd Vurğun küçəsində Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək 9-11 may tarixlərində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 39, 77, 96, 165 və 205 nömrəli marşrut avtobusları alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti ilə hərəkət edir.
61 və 88A nömrəli marşrut avtobusları isə müvəqqəti olaraq Azadlıq prospekti istiqamətinə yönləndirilib.






