İqtisadiyyata kredit qoyuluşları may ayında 2,5% azalıb

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi bu ilin iyunun 1-nə 21 206,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 3 374,4 mln. manat və ya 13,72%, mayın 1-nə nisbətən isə 529,7 mln. manat və ya 2,43% azalıb. İqtisadiyyata kredit qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1 287,9 mln. manat və ya 5,72% azalıb.

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin yanvar-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması göstərilir.

“Report”un analitik qrupu 2016-cı ilin iyun statistikasında iqtisadiyyata kredit qoyuluşlarında azalmanın bir az yumşalacağını ehtimal edir: Bunun səbəbi iyun ayında manatın məzənnəsinin dollarla müqayisədə zəifləməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin azalması dollar kreditlərinin manat ekvivalentində dəyərini artırır.

—Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər