Ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16.81 mln. ton yük daşınıb ki, bu da 2024-cü illə müqayisədə 9.4% azdır. Beynəlxalq yükdaşımaların həcmi 14.27 mln. tona enərək illik müqayisədə 7.7% azalıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İdxal yüklərinin daşınması 4.72 mln. ton təşkil edib, bu da əvvəlki illə müqayisədə 9.6% azalma deməkdir. İxrac yükləri 2.85 mln. tona düşərək 2.9% azalıb, tranzit yüklərin həcmi isə 6.69 mln. ton olub və 8.2% geriləyib. Daxili yükdaşımalar daha da azalaraq 2.54 mln. tona enib ki, bu da illik müqayisədə 18.2% azalma deməkdir.
Yükdaşımalarından əldə olunan gəlirlər də azalıb. 2025-ci ildə dəmir yolu ilə yükdaşımalarından 383.99 mln. manat gəlir əldə olunmaqla illik müqayisədə 9.4% azalıb. Beynəlxalq daşımalar üzrə gəlirlər 333.91 mln. manat təşkil edib və 10% geriləyib.
Tranzit yükdaşımalarından əldə olunan gəlirlər 146.54 mln. manata enərək 15.2% azalıb. İdxal daşımalarından gəlirlər 103.34 mln. manat olub və 7.4% azalıb, ixrac daşımalarından gəlirlər isə 84.03 mln. manat təşkil edərək 3% geriləyib. Daxili yükdaşımalar üzrə gəlirlər 50.08 mln. manat olub ki, bu da 5.5% azalma deməkdir.
Bununla yanaşı, sərnişindaşıma seqmentində artım qeydə alınıb. Ötən il dəmir yolu ilə 10.27 mln. sərnişin daşınıb ki, bu da illik müqayisədə 20.4% çoxdur. Sərnişindaşımalardan əldə olunan gəlirlər isə 16.68 mln. manata yüksələrək 42.6% artıb.
Əlavə olaraq bu sektorda işçi sayı az qala 3 dəfə artaraq 10 440 nəfər olub. Keçən il 3 653 nəfər çalışırdı.







