“Ajamiz Hotel” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, şirkətin hüquqi ünvanı Xankəndi şəhərində yerləşir.
Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərəcək qurumun nizamnamə kapitalı 2 milyon manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Əliyeva Nigar Akif qızıdır.
Qeyd edək ki, şirkət 18 fevral 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.






