Banker.azın verdiyi məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov baş icraçı direktorun müavini – Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar. Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.







