Azərbaycan Respublikasının 2026-cı ilin ilk dörd ayı üzrə dövlət büdcəsinin göstəriciləri açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcə gəlirləri 13 milyard 564 mln manat təşkil edib və illik müqayisədə 2.9% azalıb.
Eyni dövrdə dövlət büdcəsinin xərcləri 10 milyard 531.1 mln manat olub və 3.9% azalma nümayiş etdirib.
Nəticədə büdcə artıqlığı (profisit) 3 milyard 32.9 mln manat səviyyəsində formalaşıb.







