1. “İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır”
– Cek London.
2. “Mənə deməyin ki, sizin vaxtınız yoxdur. Sizin də vaxtınız Mikelancelo, Loenardo da Vinçi, Tomas Cefferson, Paster Helen Keller, Albert Eynşteyndə olduğu qədərdir”.
– Cekson Braun.
3. “Əlçatmaz arzuların arxasında gedərək, biz qeyri mümkünlərə nail oluruq”
-Robert Ardri
4. “Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası var”
– Ernest Heminquey
5. “Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və Necə?
– Redyard Kiplinq
6. “ Həyatınız ən yaxşı illəri –yaşadığınız problemlərin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz”.
– Albert Ellis
7. “Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir”.
-Mark Tven
8. “İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iç heç kəsə gərək deyil.
– F.M. Dostoyevski
9. “Heç vaxt səhvlərə işarə etməyin, əgər onları necə düzəltməyi bilmirsinizsə”.
-Bernard Şou
10. “Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti – fikirlər üzərində işləməkdir”.
-L.N. Tolstoy
11. “Məni öldürməyən hər şey, məni daha güclü edir”
-Fridrix Nitsşe
12. “Ola bilsin ki, bu dünyada sən sadəcə insansan, amma kimin üçünsə sən – bütün dünyasan”.
-Qabriel Qarsia Markes
13. “Həyat – sənin başqa planlar qurduğun vaxt ərzində, başına gələn hadisələrdir”.
-Con Lennon
14. “Həyatın məqsədi – mükəmməllik axtarışıdır, bizlərdən hər birinin vəzifəsi isə bu mükəmməlliyin bizlərdən hər birində maksimal dərəcədə təzahür etməsinə nail olmaqdır”.
– Riçard Devid Bax.
15. “Dahi beyinlər ideyaları müzakirə edirlər; orta beyinlər hadisələr müzakirə edirlər, cılız beyinlər isə inşaları müzakirə edirlər”.
-Eleanor Ruzvelt
16. “Öz həyatını yaşamağın yalnız iki yolu vardır. Birincisi – sanki həyatda heç möcüzə yoxdur, ikincisi isə – sanki bizi əhatə edən hər şey möcüzədir”.
– Albert Eynşteyn.
17 “İstədiyin insan olmaq üçün heç zaman gec deyil”.
-Corc Eliot
18. “Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli bunu gerçəkləşdirməyə də qadirsən”.
-Uolt Disney
19. “Əgər insan hansı sahilə yan alacağına bilmirsə, onda küləyin hansı istiqamətdən əsməsinin onun üçün heç bir faydası olmur”.
– Seneka