Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) ABŞ-nin dövlət istiqrazlarına investisiya həcmini keçən il azaldıb.
Banker.az xəbər verir ki, 1 yanvar 2026-cı ildə ABB-nin investisiya portfelindəki ABŞ xəzinədarlıq istiqrazlarının həcmi 104.8 milyon ABŞ dolları təşkil edib. Bu da cari məzənnə ilə ifadədə 178.1 manat ekvivalenti təşkil edir.
Öncəki ildə isə xəzinədarlıq istiqrazlarına investsiya həcmi 140.9 milyon dollar təşkil edirdi.
Bu illik 26% azalmadır.
Qeyd edək ki, bu, 2022-ci ilin sonunda bu rəqəm 743 mln. dollar olduğu halda, 2023-cü ilin sonuna 707 mln. dollara düşmüşdü.
ABB-nin portfelinin hazırda 1.41 mlrd. manatı Azərbaycan dövlətinin istiqrazlarına olan investisiya olub. Hesabat dövrünə ümumi investsiya qiymətli kağızlara yatırımı isə 3.31 mlrd. manat olub.






