2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət balansında 2.14 mlrd. dollarlıq qalıq yaranıb.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki,
Ümumilikdə, bu dövrdə xarici ticarət dövriyyəsi 10.15 mlrd. dollar təşkil edib. İxrac 6.14 mlrd. dollar, idxal isə 4 mlrd. olub.
Qeyd edilir ki, ixracın 862 mln. dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Qeyri-neft qaz məhsulları cari qiymətlərlə müqayisədə 12% artsa da, real olaraq 22% azalıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı real ifadədə 29,1%, təzə meyvə idxalı 5,7%, avtobus idxalı 2,5 dəfə, qara metallardan boruların idxalı 4,4%, hesablama maşınları, blok və qurğuların idxalı 9,8% artmışdır. Eyni zamanda, şokolad və şokolad məhsullarının idxalı 17,0%, kərə yağı, digər süd yağları və pastaların idxalı 24,9%, xam şəkərin idxalı 19,0%, minik avtomobillərinin idxalı 36,2%, dərman vasitələrinin idxalı 34,3%, polad prokatının idxalı 17,1%, ayaqqabıların idxalı isə 8,1% azalmışdır.







