Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtın mərkəzi hissəsində genişmiqyaslı infrastruktur layihəsinin icrasına başlayır. Layihə çərçivəsində Nəsimi rayonu ərazisində yeni istirahət parkı salınacaq.
Banker.az xəbər verir ki, yeni istirahət parkı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazini əhatə edəcək.
Paytaxtın mərkəzindəki bu tikinti-təmir işləri üçün satınalmanın ehtimal olunan qiyməti 49 440 119 manat məbləğində müəyyən edilib.







