Azərbaycanda I rübdə nəqliyyat dəhlizlərində yük daşımalar 7.5 mln ton olub – DSK

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində 7 milyon 504.0 min ton yük daşınıb. Bunun 3 milyon 407 min tonu dəmir yolu, 2 milyon 705.2 min tonu avtomobil, 1 milyon  391.8 min tonu isə dəniz nəqliyyatının payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi yükdaşımaların həcmi 6 faiz azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7 milyon 980.6 min ton yük daşınmışdı.

Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi illik müqayisədə 2.7 faiz artaraq 3863.3 min tona yüksəlib. Eyni zamanda, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə yükdaşımalar 5.7 faiz azalaraq 1853.9 min ton olub.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 6.9 faiz azalaraq 2 milyon 265.2 min tona, Şimal-Qərb dəhlizi üzrə isə 25.5 faiz azalaraq 1 milyon 265.6 min tona düşüb. Buna qarşılıq, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 27.3 faiz artaraq 109.9 min ton təşkil edib.

2026-cı ilin ilk rübündə dəmir yolu ilə daşınan yüklərin 44.3 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin 48.8 faizi, dəniz nəqliyyatı ilə daşınan yüklərin isə 89.4 faizi tranzit yüklər olub.

2025-ci ilin eyni dövründə isə nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60.2 faizi və ya 4808.0 min tonu tranzit yüklərin payına düşmüşdü.

Son xəbərlər
Digər xəbərlər