ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu açıqlayıb.
Birləşmiş Ştatların dövlət başçısı bunu təyyarəsində jurnalistlərlə söhbətində deyib. “Mənim Kim Çen Inla çox yaxşı münasibətim var. O, özünü olduqca sakit aparır”, – deyə Donald Tramp bildirib.
Ağ Evin rəhbəri jurnalistin Vaşinqtonun Pxenyanla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualına müsbət cavab versə də, təfərrüata varmayıb. “Bu barədə sizə danışmayacağam. Lakin mənim onunla yaxşı münasibətlərim var. Kim Çen In ölkəmizə hörmət göstərib”, – deyə ABŞ lideri əlavə edib.







