İran Hörmüz boğazından keçidin idarə edilməsi mexanizmini hazırlayıb və onu yaxın vaxtlarda təqdim edəcək.
Bunu İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmilərin keçidi üçün xüsusi marşrut yaradılacaq.
İ.Əzizi qeyd edib ki, mexanizm yalnız İranla əməkdaşlıq edən kommersiya gəmiləri və şirkətlər üçün faydalı olacaq.
Komitə sədri vurğulayıb ki, bu mexanizm çərçivəsində göstərilən ixtisaslaşdırılmış xidmətlər üçün ödəniş alınacaq.







