Türkiyə yeni Konstitusiya ərəfəsindədir

Türkiyə konstitusiya islahatları ərəfəsindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişafı üçün yeni Konstitusiyanın qəbulunun vacibliyini vurğulayıb.

Türkiyə lideri jurnalistlərlə söhbətində bildirib ki, 1982-ci ildə qəbul edilən hazırkı Konstitusiya edilən dəyişikliklərə baxmayaraq artıq köhnəlib və müasir reallıqlara cavab vermir.

“Yeni Konstitusiya artıq lüks deyil, ehtiyac, hətta zərurətdir”, – deyə Ərdoğan qeyd edib.

Prezident həmçinin bildirib ki, hazırlıq mərhələsi artıq başa çatıb və cəmiyyətin əsas tələbləri müəyyənləşdirilib.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər